"Yelo Bank" ASC maraqlanan təşkilatları tenderdə iştiraka dəvət edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
* Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
* Ödəmə qabiliyyəti olmalı;
* Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
* Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
* Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
* Tender təklifləri 17 aprel 2025-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
* Zərflərin hər küncü möhürlənməlidir.
* Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcək.
Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı fayllara keçid edərək tanış ola bilərsiniz:
bit.ly/4bX3uwI
Yelo Bank-dan
pulsuz kart sifarisi ilə maraqlanırsınız?
O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo kart” – Parlaq bankçılıq!
Şərhlər