Əgər ABŞ prezidenti Donald Tramp qərara alsa ki, Ukraynada sülhün bərqərar olmasına məhz Rusiya lideri Putin mane olur, o zaman Moskvaya qarşı sanksiyalar tətbiq edəcək və Kiyevə hərbi dəstəyi gücləndirəcək.
Qaynarinfo xəbər verir ki, bu fikri The "Washington Post" (WP) nəşrinin şərhçisi Mark Tissen
səsləndirib.
O bildirib ki, reallıq ondan ibarətdir ki, Putin iqtisadi və hərbi baxımdan zəifdir və Ukrayna üzərində qələbə qazanmaq üçün onun heç bir yolu yoxdur. "Kartları o deyil, Tramp əlində saxlayır. Və o, bunları oynamağa hazırlaşır", - deyə jurnalist qeyd edib.
Onun fikrincə, Trampın məyusluğu, xüsusilə də Putin Ukrayna prezidenti Volodimir Zelenskinin vəzifədən uzaqlaşdırılmasını və Ukraynada keçid hökumətinin yaradılmasını müharibənin dayandırılması üçün əsas şərt kimi irəli sürdükdən sonar pik həddə çatıb.
"Putin vaxt udmağa çalışır və başa düşmür ki, tələblər irəli sürəcək mövqedə deyil. Rusiya həm iqtisadi, həm də hərbi baxımdan inanılmaz dərəcədə zəifdir, bu isə o deməkdir ki, bu danışıqlarda bütün kartlar Trampın əlindədir", - deyə şərhçi bildirib.
Tissen qeyd edib ki, Rusiya tükənib və bu, Trampa böyük üstünlük qazandırır. Əgər Putin onun sülh tələblərini rədd etsə, Tramp İrana qarşı tətbiq olunan maksimal təzyiq kampaniyasına bənzər bir strategiyanı Moskvaya qarşı işə sala bilər və bu, Rusiyanı çökdürəcək.
O, sanki işarə edib ki, Ukrayna artıq atəşkəsə razılaşıb, lakin Rusiya hələ də buna getmir.
"Putin ciddi şəkildə səhvə yol verib", - jurnalist vurğulayıb.
Hakimiyyətə gəldikdən sonra Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq məsələsini həll etməyə girişdi. Lakin hər şey onun gözlədiyi qədər sürətli getmədi. Müharibənin uzanması onun getdikcə daha çox narahat olmasına səbəb oldu. Bəzən Ağ Evdə Zelenski ilə qalmaqal yaşadı, bəzən isə Putinə sanksiyalar tətbiq etməklə hədələdi, lakin tez bir zamanda bu hədələrini geri götürdü.
Martın 31-də məlum olub ki, Tramp həm Ukrayna lideri Volodimir Zelenskinin, həm də Kreml rəhbəri Putinin açıqlamalarından narazıdır.
Alpər
Şərhlər