Xəbər lenti

Elçibəyin əkiz nəvələrinin adları açıqlandı
Ölkə 10:01 01.04.2025

Elçibəyin əkiz nəvələrinin adları açıqlandı

Mərhum eks-prezident Əbülfəz Elçibəyin əkiz nəvələrinin adları məlum olub.

Modern.az-ın məlumatına görə, oğlana Ərtuqay, qıza isə Aynaz adı qoyulub.

Ailənin yaxını Çingiz Özgür bildirib ki, hər şey qaydasındadır.

"Min şükür, hər şey qaydasındadır. Yalnız uşaqların çəkiləri bir az zəifdir".

Xatırladaq ki, əkizlər martın 26-da dünyaya gəlib. Elçibəyin oğlu Ərturqut Əliyev atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->