Xəbər lenti

İdman 13:06 19.05.2026

"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri: Bakıya kim gələcək?

Azərbaycan çempionu kimi ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək "Sabah" klubunun I təsnifat mərhələsində üz-üzə gələ biləcəyi ehtimal olunan rəqiblərin böyük hissəsi müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsi 28 komandanın iştirakı ilə gərgin mübarizəyə səhnə olacaq. Püşkatma zamanı "Sabah” 14 səpələnməmiş klubun yer aldığı səbətdə qərarlaşacaq.

Paytaxt təmsilçisinin qarşılaşa biləcəyi 14 səpələnmiş komandadan artıq 13-nün adı idman ictimaiyyətinə məlumdur:

* Şemrok Rovers (İrlandiya)
* KUPS (Finlandiya)
* Drita (Kosovo)
* Linkoln Red İmps (Cəbəllütariq)
* Borac Banja Luka (Bosniya və Herseqovina)
* Víkinqur (İslandiya)
* Kayrat (Qazaxıstan)
* Universitatya Krayova (Rumıniya)
* Riqa (Latviya)
* Klaksvik (Farer adaları)
* Flora (Estoniya)
* Larn (Şimali İrlandiya)
* Petrokub (Moldova)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. İlk oyunlar iyulun 7–8-də, cavab qarşılaşmaları isə iyulun 14–15-də baş tutacaq.
--> -->