Xəbər lenti

Körpüdən aşan avtomobil digər maşının üstünə düşdü (FOTO)
Foto 15:00 10.04.2025

Körpüdən aşan avtomobil digər maşının üstünə düşdü (FOTO)

Bu gün paytaxtın mərkəzində ağır yol qəzası baş verib.

"Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumat görə, Heydər Əliyev prospektinin "Bağırov” körpüsündən keçən hissəsində "BYD” markalı avtomobil kənar yoldan çıxaraq maneəni dağıdıb və tunel istiqamətinə aşıb.

Nəticədə avtomobil "Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza nəticəsində həm mərkəz, həm də metronun "Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->