Xəbər lenti

İstanbulda aprelin 10-da Rusiya və ABŞ danışıqları gözlənilir
Siyasət 22:52 08.04.2025

İstanbulda aprelin 10-da Rusiya və ABŞ danışıqları gözlənilir

Türkiyənin İstanbul şəhərində Aprelin 10-da Rusiya və ABŞ nümayəndələri arasında məsləhətləşmələrin keçiriləcəyi gözlənilir.

APA xəbər verir ki, bu barədə "TASS” mənbəsinə istinadən məlumat yayıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi "TASS”a bildirib ki, Rusiya və ABŞ arasında İstanbulda keçiriləcək məsləhətləşmələrin ikinci raundunda Rusiya nümayəndə heyətinə Moskvanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->