Xəbər lenti

Bakıda qadın sərnişini döyən avtobus sürücüsü cəzalandırıldı
Ölkə 14:16 17.04.2025

Bakıda qadın sərnişini döyən avtobus sürücüsü cəzalandırıldı

Bakıda sərnişini döyən 165 nömrəli xətt avtobusun sürücüsünə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1966-cı il təvəllüdlü G.H. idarə etdiyi sərnişin avtobusunda 1968-ci il təvəllüdlü S.A.-ya xəsarət yetirdiyi üçün Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib. 

Məhkəmədə məlum olub ki, G.H. "20 yanvar" metrostansiyası yaxınlığında idarə etdiyi 165 nömrəli avtobusla duracaqdan sərnişinləri qəbul etdikdən sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətində hərəkət etməli imiş, lakin bir qadın avtobusa kartla ödəniş etmədən keçdiyi üçün aralarında mübahisə yaranıb. 

Sürücü qadına irad tutaraq, ödəniş etməsini tələb edib. Bu zaman həmin şəxs əsəbləşərək, ona "əcəb edirəm, sən kimsən?" deyib. O, hərəkətini davam etdirərək, Mehdiabad qəsəbəsi, "Gənclər şəhərciyi" yaşayış kompleksinin yaxınlığında yerləşən dayanacaqda yolu bitirərək, avtobusu saxlayıb. 

Bütün sərnişinlər avtobusdan düşdükdən sonra qadının ödnəiş etməməsi və sürücünü telefonla videoya çəkməsi səbəbindən aralarında mübahisə yaranıb. Sürücü qadına əli ilə bir neçə dəfə zərbə endirib. Nəticədə xanım sərnişinin sol gözünağlı qişasına qansızma ilə müşahidə olunan sağlamlığına qəsdən zərər vurub. 

Məhkəmənin qərarı ilə G.H.-ya 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sürücü cəza çəkdiyi müddətdə üzərində elektron nəzarət vasitəsini gəzdirəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->