Sabirabad rayonunda faciəvi hadisə baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, aprelin 16-da rayonun Qaragüney kəndinin ərazisində yerləşən "AzOil” yanacaqdoldurma məntəqəsinin müdirini elektrik cərəyanı vurub.
Belə ki, Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev müdir işlədiyi məntəqədə quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Şərhlər