Xəbər lenti

İlham Əliyev: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir
Ölkə 20:35 28.04.2025

İlham Əliyev: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir

Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada. Bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

Dövlət başçısı deyib ki, bu, Azərbaycanı, onun əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran üzərindən birləşdirən layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->