Rejissor Kventin Tarantino və həyat yoldaşı, israilli müğənni Daniela Pik Təl-Əvivin şimalında 50 milyon şekelə (təxminən 14 milyon dollar) torpaq sahəsi alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Globe” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, cütlük şəhərin elit ərazisində 2,2 min kvadratmetr sahəsi olan iki bitişik torpaq sahəsi alıb və onları bir yerə birləşdirməyi planlaşdırır. Hazırda orada söküləcək iki köhnə ev var. Nəşr iddia edir ki, onların yerində bir böyük ev tikmək planlaşdırılır.
"Globe"un məlumatına görə, Tarantino və Pik bir neçə ildir ki, Tel-Əvivdə kirayə mənzildə yaşayır və ev tikmək üçün torpaq sahəsi axtarırlar.
Qeyd edək ki, bundan əvvəl Tarantino övladlarına görə kinoya qayıtmağa tələsmədiyini etiraf etmişdi.
"Oğlumun ən azı 6 yaşı tamam olana qədər film çəkmək istəmirəm. Onda o, nə baş verdiyini biləcək, çəkilişlərdə iştirak edəcək və bu, ömrünün sonuna qədər onun yaddaşında qalacaq", deyə rejissor izah edib.
Aydın
Şərhlər