Rusiyayönlü parlamentdənkənar Sülh Naminə Həmrəylik Partiyasının liderləri Gürcüstan prokurorluğuna rəsmi bəyanat təqdim edərək, cinayət işinin açılmasını və ölkənin keçmiş prezidenti Salome Zurabişvilinin dövlət çevrilişinə hazırlıq ittihamı ilə həbs olunmasını tələb ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə aprelin 28-də "İnterpressnews" agentliyi bu addımın televiziya kameraları qarşısında nümayişkaranə şəkildə atıldığını qeyd edib.
Müraciətə səbəb rusiyalı prankerlər Vovan və Leksusun səs yazıları olub ki, bu da iddiaçıların fikrincə, Gürcüstanda dövlət çevrilişinin hazırlanmasını təsdiqləyir. Vovan və Lexus tərəfindən yayımlanan səsyazmasında prankerlər xanım Zurabişvili ilə rusiyalı müxalifətçi Qarri Kasparovun adından danışırlar. Söhbət zamanı Tbilisidəki etiraz aksiyaları, "maskalı təhlükəsizliyə dəstək qruplarının” iştirakı, Amerikanın xarici siyasəti, medianın və gürcü QHT-lərinin maliyyələşdirilməsi, Abxaziyadakı vəziyyət müzakirə edilib.
Partiyanın liderlərindən biri Mixail Jgenti jurnalistlərə deyib: "Biz hesab edirik ki, bu materiallarda cinayət tərkibi var".
Eyni zamanda o, etiraf edib ki, zarafat partiya sədri, Moskvada yaşayan iş adamı Mamuka Pipianın təşəbbüsü ilə təşkil olunub. "Liberal müxalifətin Gürcüstan hökumətinə qarşı elan etdiyi mübarizə Mamuka Pipianı Moskvadakı dostları, Vovan və Lexus ilə birlikdə hamımızın şahidi olduğumuz şeyi təşkil etməyə sövq etdi", deyə Mixail Jgenti vurğulayıb.
Aydın
Şərhlər