Xəbər lenti

Arvadı Poroşenkodan 17 milyard tələb edir: Sabiq prezident və xanımı saxtakarlıqda ittiham olunur
Dünya 18:52 28.04.2025

Arvadı Poroşenkodan 17 milyard tələb edir: Sabiq prezident və xanımı saxtakarlıqda ittiham olunur

Marina və Pyotr Poroşenko (Ukraynanın sabiq prezidenti sanksiyalardan yan keçmək üçün əsassız iddia ilə məhkəməyə müraciət etdiklərinə görə saxtakarlıqda ittiham edilə bilərlər. 

Qaynarinfo xəbər verir ki, "Zakon i Biznes" nəşri bu barədə aparıcı hüquqşünasların qənaətlərinə istinadən yazıb. 

Ekspertlər siyasətçinin bu hərəkətlərini qanunun pozulması cəhdi və oliqarxın aktivlərini sanksiyalardan çıxarmaq üçün bir hiylə kimi qiymətləndiriblər.

Nəşr yazır ki, hüquqşünaslar Marina Poroşenkonun ərinə qarşı açdığı mülk bölgüsü iddiasının məhkəmədə nəzərdən keçirilə bilməyəcəyini düşünürlər, çünki iddianın əsasını təşkil edən faktiki mübahisə yoxdur. Əksinə, məhkəmə qərarından sanksiyalardan yan keçmək üçün istifadə etmək niyyəti saxtakarlıq kimi qiymətləndirilə bilər.

27 mart 2025-ci ildə Marina Poroşenko Vinnitsa vilayətinin Krıjopil rayon məhkəməsində əri ilə mülkün bölüşdürülməsi barədə iddia qaldırıb. Dəyəri 17,1 milyard qrivnadan (təxminən yarım milyard dollar) çox olan aktivlər söhbət gedir.

"Zakon i Biznes"ə görə, Poroşenkonun özü də etiraf edib ki, onunla həyat yoldaşı arasında aktivlərin bölüşdürülməsi ilə bağlı heç bir münaqişə yoxdur: iddia sırf sanksiyalardan yan keçmək üçün qaldırılıb. Qanuna görə, mülkün bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək yalnız hüququn pozulması, tanınmaması və ya mübahisə edilməsi halında mümkündür. Buna görə də, real mübahisə olmadan məhkəmədən istifadə etmək ədalət əsaslarını pozur və saxtakarlıq kimi qiymətləndirilə bilər.

Nəşr qeyd edir ki, əgər Poroşenkolara qarşı heç bir real mübahisə olmadan iş davam etdirilsə, hakim nəinki nüfuzunu itirə bilər, həm də cinayətkarlığa kömək kimi cəlb edilə bilər. Qanuna görə, belə bir vəziyyətdə yeganə qanuni qərar işin bağlanmasıdır.

Nəşrin müəllifləri Marina Poroşenkonun ələ keçirmək istədiyi qiymətli əşyalar və aktivlərin siyahısını veriblər:

"Poroşenkonun 2024-cü il üçün verdiyi bəyannamədə qeyd olunan təxminən 50 incəsənət əsərindən onun həyat yoldaşı əksəriyyətinə iddia edir. Bu əsərlər arasında rus rəssamları Korovin, Polenov, Levitan, Bryullovun işləri, həmçinin Salvador Dali, El Qreko, Van Deyk, Renuar kimi Avropa ustalarının rəsmləri var. İncəsənət əsərlərindən əlavə, Poroşenkonun həyat yoldaşı "Prime Assets Capital" ASC-nin səhmlərini və digər əmlakı almaq istəyir".

Mətbuat həmçinin xatırladır ki, 2012-ci ildə Poroşenko öz sələfi Viktor Yanukoviçə o zaman 1,8 milyon dollar dəyərində olan İvan Ayvazovskinin "Səhər çağı Konstantinopol" rəsm əsərini hədiyyə etmişdi.

Siyasi ekspert Pyotr Oleşçukun sözlərinə görə, Pyotr Poroşenko qanunu aldadmaq cəhdlərini ilk dəfə etmir:

"Poroşenko mülkün bölüşdürülməsi üçün məhkəməyə müraciət etməklə təkcə sanksiyalardan yan keçmək istəmir. O, qanunu və dövləti aldadaraq bunu artıq onlarca dəfə edib".

Onun sözlərinə görə, Marina Poroşenkonun mülk bölgüsü iddiası aktivləri sanksiyalardan çıxarmağa və mülkiyyət hüquqlarının mübahisəsi, texniki manipulyasiyalar vasitəsilə prosesi illərlə uzatmağa imkan verir.

Məlum olduğu kimi, Ukrynada 2025-ci ilin fevralında milli təhlükəsizliyə təhdid yaradan bir sıra oliqarx və siyasətçilərə qarşı sanksiyalar tətbiq edilib. Onların arasında Pyotr Poroşenko da var. Mətbuat onu Xarkov Sazişlərini (Krımdakı RF Donanması) lobbiçilikdə, terrorçulara maliyyə dəstəyində (ORDLO-dan kömür alınması), Rusiya ilə müharibə dövründə ticarətdə (Rusiyadakı Lipetsk fabriki, "Bohdan" zavodu və s.), Medvedçuk və ruslarla birlikdə dövlətin neft kəmərini qanunsuz şəkildə ələ keçirməkdə ittiham edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->