Expressbank biznes müştərilərinə bank xidmətlərində rahatlıq imkanlarını artırmağa davam edir.
Artıq Expressbank İnternet Bankçılıq platformasının istifadəçiləri AniPay qeydiyyat modulu imkanlarından yararlana bilərlər.
Xidmətdən istifadə etmək üçün müştərilərimiz platformada öz hesablarına daxil olur və əsas səhifədə yer alan AniPay sistemindəki şəxsi kabinetlərinə keçid edirlər. Açılan pəncərədə AniPay köçürmələrinin qəbul edilməsi zamanı istifadə edilən aliasların İnternet Bankçılıq vasitəsi ilə yaradılması, silinməsi və hesabların əvəz edilməsi proseslərini icra etmək mümkündür.
Expressbankın biznes xidmətləri haqqında ətraflı məlumatı
buradan əldə edə bilərsiniz.
"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
"Expressbank" – İşiniz rahat getsin!
Şərhlər