Qadınların çimmədiyi, kişilərə isə kobud davranmağın qadağan olunduğu qəbilə (VİDEO)
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 7801 kilometr uzaqlıqda böyük səhraları və biomüxtəlifliyi ilə məşhur olan Namibiyadan bəhs olunub. 19-21-ci əsr memarlığının xoş qarışığı ilə alman ruhunda tikilən, almaz, turmalin, kvars, qızıl, platin və uran kimi qiymətli mineralların çıxdığı Vindhuk şəhəri bu ölkənin paytaxtıdır. Namibiyada kərgədan insandan çoxdur.
Düzdür, bu dəqiq olmasa da, belə bir deyim var. Belə ki, əhalinin sayı çox olmadığına görə vəhşi heyvanlar burada özlərini rahat hiss edir. Meymunlar əşyaları oğurlaya, antiloplar isə yolda avtomobillərlə yarışa bilər.
Odur ki, kənd yerlərində və şəhərdən uzaqda yaşayan insanlar hava qaralanandan sonra heç yerə çıxmırlar. Bu ölkədə müxtəlif qəbilələr hələ də var və oradakı qanunlar müxtəlifdir. Məsələn, Himba qəbiləsində qadınlar dünyaya uşaq gətirən zaman klinikaya gedə bilməzlər. Hətta sağlamlığı ilə bağlı hansısa problemi olsa belə. Onlar hesab edirlər ki, hər şey təbii olmalıdır.
Bu qəbilənin qadınlarının geyimlə elə də arası yoxdur. İsti havada geyimlə gəzmək hər halda onlara çətindir. Qəbilənin qanunlarına görə, qızlara həyat yoldaşını ataları seçir və onun sözündən çıxmaq olmaz.
Burada qadınlar heç vaxt çimmirlər və saçlarını da yumurlar. Bədənlərinə gil çəkməklə kifayətlənirlər. Onlardan səbəbini soruşduqda "bu nəyə lazımdır?" cavabını verirlər. Himba qəbiləsindəki qadınları ərləri döyərsə, qızın atası oğlanı evdən qova bilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər