Xəbər lenti

Əlikram Bayramov Mənzurə Musayevaya necə borclu qalıb?
Maqazin 12:24 21.04.2025

Əlikram Bayramov Mənzurə Musayevaya necə borclu qalıb?

Müğənni Əlikram Bayramov Mənzurə Musayevaya 3 min manat borcunun olması ilə bağlı məlumata aydınlıq gətirib.

Əlikram Bayramov Qaynarinfo-ya açıqlamasında bu hadisənin pandemiyadan əvvəl baş verdiyini bildirib:

"Toy danışılmışdı, oraya Mənzurə xanım ilə mən dəvətliydik. Sonra toy sahibi başqa bir müğənninin getməsini istədi. Mən də həmin müğənnini toya apardım. Sonra Mənzurə xanım bunu eşitdi və dedi ki, mənə 3 min verməlisən. Niyə? Sizi istəməyiblər, mən də aparmamışam. Pulu sizə niyə verməliyəm? Mən kiməsə borclu qalan biri deyiləm".

Qeyd edək ki, verilişlərin birində müğənni Zahidə Günəşlə Mənzurə Musayeva arasında gərgin anlar yaşanıb. Efirdə Mənzurə Musayeva Əlikram Bayramovun ona 3 min manat borcu olduğunu açıqlayıb. Zahidə Günəş isə həmkarı Əlikram Bayramovun Mənzurə xanıma olan 3 min dollar borcunu elə studiyada ona verib. Mənzurə Musayeva isə pulu götürməkdən imtina edib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->