Xəbər lenti

Donald Tramp Co Baydenin övladlarının Gizli Xidmət tərəfindən qorunmasına son qoydu
Dünya 13:56 18.03.2025

Donald Tramp Co Baydenin övladlarının Gizli Xidmət tərəfindən qorunmasına son qoydu

"Bu andan etibarən Hanter Bayden artıq Gizli Xidmətin mühafizəsi altında olmayacaq. Eyni şəkildə, 13 agent tərəfindən qorunan Eşli Bayden də siyahıdan çıxarılacaq”.

Qaynarinfo xəbər verir ki, bu qeydi ABŞ prezidenti Donald Tramp öz social şəbəkəsində yazıb.

Tramp Truth Social sosial şəbəkəsində qeyd edib ki, Hanter Bayden "uzun müddət ərzində ABŞ vergi ödəyicilərinin hesabına Gizli Xidmətin mühafizəsindən istifadə edib”.

Trampın bu qərarı, Hanter Baydenin Cənubi Afrikaya səfəri zamanı 18 agent tərəfindən müşayiət edilməsi ilə bağlı xəbərlərdən sonra qəbul edilib. Bu, dövlət vəsaitlərinin çox xərclənməsi ilə bağlı tənqidlərə səbəb olub. Eşli Bayden də 13 agentin mühafizəsi altında olub.

Qanuna əsasən, Gizli Xidmət keçmiş prezidentləri və onların həyat yoldaşlarını qorumağa borcludur. Lakin onların övladları yalnız 16 yaşına qədər qorunur. Co Bayden prezidentlik müddəti bitdikdən sonra övladlarının mühafizəsini altı ay müddətinə uzadıb. Qeyd edək ki, Tramp 2021-ci ildə öz övladları üçün də eyni addımı atmışdı.

Bundan əvvəl Tramp Co Baydenin "zəif yaddaşını” əsas gətirərək onun məxfi informasiyalara çıxış hüququnu da ləğv edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->