"Son dövrlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıqlar, Ali Məhkəmədə aparılan islahatlar bütövlükdə məhkəmə sisteminə yeni keyfiyyət qazandırıb".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, son dövrlərdə məhkəmə qərarlarından şikayətlər getdikcə azalmaqdadır: "Düşünürəm ki, bu, məhkəmə sahəsində aparılan islahatların nəticəsidir".
Deputat yeni təyin olunan hakimlərin öz üzərlərinə böyük məsulliyət götürdüklərini deyib: "Həm hakimiyyətin üçüncü qolunun ədaləti nümayiş etdirməsi, həm də vətəndaş məmnunluğunun təmin edilməsi baxımından bu çox məsuliyyətli peşədir. Yeni təyin olunan hakimlərə uğurlar arzulayıram".
Şərhlər