Xəbər lenti

BMT Baş katibinin müavini: İslamofobiyaya qarşı xüsusi iş aparıram
Siyasət 11:47 13.03.2025

BMT Baş katibinin müavini: İslamofobiyaya qarşı xüsusi iş aparıram

Azərbaycan Prezidenti İlham Əliyevə sıx qrafikdə vaxt ayıraraq ötən gün məni qəbul etdiyinə görə təşəkkür edirəm.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bildirib.

Migel Anxel Moratinos deyib ki, dünyada dözümsüzlük artır: "Mən islamofobiyaya qarşı da xüsusi iş aparıram. BMT-nin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin olunanda plan təqdim edəcəm. Sülhü bir gündə bərpa etmək mümkün deyil, finişə çatmaq üçün davamlı səy lazımdır. Gəlin dinc dünyaya aparan yolda birgə addımlayaq”.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->