Xəbər lenti

Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyuldu
Ölkə 08:29 16.04.2025

Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyuldu

Bakı ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib.

Bundan başqa Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi və Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Vurğulanıb ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->