Bakıda salınacaq bulvar ərazisindən yeni görüntülər
Bülbülə gölünün ətrafında bulvar salınır, artıq işlər sürətli şəkildə davam etdirilir.
Qaynarinfo ATV-yə istinadən xəbər verir ki, hazırda gölün ətrafında yerləşən qamışlıqlar təmizlənir, çirkab suların təmizlənməsi üçün xüsusi qurğular quraşdırılır. Abadlıq və quruculuq işləri başa çatdıqdan sonra gölün ətrafı təmiz, baxımlı və ekoloji cəhətdən dayanıqlı istirahət məkanına çevriləcək.
99 hektar ərazini əhatə edən Bülbülə gölünün dərinliyi 2 metr 80 santimetrdir. Gölün yaxınlığında yaşayış məntəqələri də yerləşir və görülən işlərdən ən çox bu ərazilərdə yaşayan sakinlər razılıq edirlər.
Layihə çərçivəsində gölün ətrafında restoran və kafelərin fəaliyyət göstərməsi planlaşdırılır. Əsas məqsəd isə Bülbülə gölünün ekoloji durumunun yaxşılaşdırılmasıdır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər