"Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir".
Bu fikirləri Qaynarinfo-ya açıqlamasında kinorejissor, kinoşünas və senarist, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev bildirib.
Kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər:
"Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb".
Röya Ayxanın "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, xalq artisti Röya Ayxan Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı "I Success Top 100 Awards Gala" tədbirində iştirak edib və burada "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunub.
Bahar Rüstəmli
Şərhlər