"Manchester United"in qapıçısı Andre Onana tarixdə üç fərqli klubla üç Avropa kuboku finalında məğlub olan ilk futbolçu olub.
Qaynarinfo bu barədə "Sovetski Sport"a istinadən xəbər verir.
21 mayda Onana "qırmızı şeytanlar"la Avropa Liqasının finalında "Tottenhem"ə 0:1 hesabı ilə məğlub olub.
2022/23 mövsümündə qapıçı İtaliyanın "İnter" klubunda çıxış edərkən Çempionlar Liqasının finalında "Manchester Siti"yə 0:1 hesabı ilə uduzmuşdu. 2016/17 mövsümündə isə onun çıxış etdiyi Niderland "Ayaks"ı Avropa Liqasının finalında "Manchester United"a 0:2 hesabı ilə yenilmişdi.
Aydın
Şərhlər