Xəbər lenti

ABŞ dövlət katibi haqlıdırmı: Azərbaycanla Ermənistan arasında real münaqişə riski var?
Siyasət 14:48 23.05.2025

ABŞ dövlət katibi haqlıdırmı: Azərbaycanla Ermənistan arasında real münaqişə riski var?

"Mövcud vəziyyətdə hər şey ola və bu daha çox xarici qüvvələrin maraq toqquşması nəticəsində baş verə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ABŞ dövlət katibi Marko Rubionun Azərbaycanla Ermənistan arasında real münaqişə riskinin olduğu və Amerikanın bunun qarşısını almağa çalışdığı barədə bəyanatını şərh edərkən deyib.

Mehman Əliyev bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hələ imzalanmayıb:

"Ona görə də proses hazırda dondurulmuş vəziyyətdədir. Bu vəziyyətdə isə hər şey ola bilər, yəni münaqişənin yenidən alovlanması riski istisna edilmir. Daha çox da bu, xarici tərəflərin maraqlarının toqquşması nəticəsində baş verə bilər. Burada Rusiyanın da maraqları var. Kreml konfliktdən istifadə edib hələ ki, tərəflərə təsir edə bilir. ABŞ və başqaları da həmçinin. Bu mənada münaqişə tam bitməyib. Çünki ortada sülh müqaviləsi yoxdur".



Ekspert qeyd edir ki, istər daxili, istərsə də xarici olsun, bütün tərəflər münaqişənin yenidən alovlanmaması üçün təsir etdiklərini bəyan edə bilərlər:

"Bu istiqamətdə təmaslar, danışıqlar var. Sonuncu dəfə Nikol Paşinyanla İlham Əliyevin Tiranada görüşü oldu. Yəni hələlik proses dondurulmuş vəziyyətdə qalmaq, onun aktiv münaqişə fazasına keçməməsi və vaxtı çatanda problemin kökündən həllinə nail olmaq istiqamətində gedir. Ona görə də Rubionun bəyanatı əslində proseslə bağlı olan vəziyyəti əks etdirir".

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Nümayəndələr Palatasında komqresmen Kris Smitin sualına cavabında Azərbaycanla Ermənistan arasında real münaqişə riskinin olduğunu və ABŞ-ın bunun qarşısını almağa çalışdığını bildirib. "Azərbaycanla Ermənistan arasında ABŞ-ın qarşısını almağa çalışdığı real münaqişə riski var. Onların komandaları bu istiqamətdə fəal işləyir və ABŞ nəsə etməyə və silahlı müdaxilənin qarşısını almağa çalışır", deyə Marko Rubio bildirib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->