Xəbər lenti

Şagirdlərimizdə riyaziyyat niyə axsayır? - Təhsil eksperti cavab verir
Ölkə 17:20 23.05.2025

Şagirdlərimizdə riyaziyyat niyə axsayır? - Təhsil eksperti cavab verir

"Riyaziyyat fənnindən buraxılış imtahanlarının nəticəsinin ürəkaçan olmamasının səbəbi bəzi bölgələrdə şagirdlərin daha çox humanitar fənlərə meyl etməsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib. 

Ekspert son dövrlər əzbərçiliyin daha çox yayıldığını bildirib:

"Şagirdlər, demək olar ki, əzbərçiliklə məşğuldur. Əzbərçiliyin də beynin inkişafını ləngitdiyi hesab olunur. Riyaziyyat isə texniki fənn və elm sahəsidır. Burada şagirdlər daima öz üzərində işləməlidirlər. Müəyyən tapşırıqlar üzərində çalışmalıdırlar ki, onlarda daha çox müvafiq vərdişlər formalaşsın. Amma əzbərçilik, humanitar fənlərə meyillilik və bir qədər də texnologiyadan istifadə artıq riyaziyyat fənnindən imtahan verən şagirdlərin böyük əksəriyyətində nəticələrin daha aşağı olmasına gətirib çıxardır".
 


Ekspert bu kimi halların qarşısını almaq üçün Elm və Təhsil Nazirliyinə tabe qurumlar və təhsil müəssisələrinin təbliğat və maarifləndirici tədbirlər görməli olduğunu düşünür:

"Şagirdlərin riyaziyyat fənninə marağını oyatmaq üçün müvafiq addımlar atılmalıdır ki, bunun nəticəsində növbəti illərdə buraxılış və yaxud qəbul umtahanlarında riyaziyyat fənnindən təhsil göstəriciləri yüksəlsin".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında riyaziyyat fənnindən buraxılış imtahanlarının nəticəsinin ürəkaçan olmadığını bildirib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->