Xəbər lenti

Millimioz AÇ-nin I seçmə mərhələsinə qələbə ilə başladı
İdman 14:53 23.05.2025

Millimioz AÇ-nin I seçmə mərhələsinə qələbə ilə başladı

Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatının I seçmə mərhələsinə (EBSL) qələbə ilə başlayıb.

Qaynarinfo xəbər verir ki, B Liqasının A qrupunda yer alan komanda İngiltərə yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan yığması qrupda növbəti oyunlarını mayın 24-də Belçika, 25-də isə Litva seçmələrinə qarşı keçirəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->