Xəbər lenti

Bakı küçələrində elektrikli skuterlərin nizamsızlığı - PROBLEM
Video 19:40 20.04.2025

Bakı küçələrində elektrikli skuterlərin nizamsızlığı - PROBLEM

Mikromobil nəqliyyat vasitələri, xüsusilə də elektrikli skuterlər şəhər həyatının ayrılmaz hissəsinə çevrilib. Sürətli, əlçatan və ekoloji baxımdan səmərəli olan bu nəqliyyat növü bir çox hallarda tıxacdan yayınmağa imkan verir.

Lakin bu rahatlığın fonunda getdikcə artan bir problem ortaya çıxır.

İstifadə müddəti bitdikdən sonra çox zaman skuterlər səkilərdə, piyada keçidlərinin yaxınlığında və ya yolun kənarında, yəni heç bir parklanma infrastrukturu olmayan ərazilərdə saxlanılır. Bu isə piyadalar üçün əlavə çətinlik yaradır.

Daha ətraflı İTV-nin süjetində:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->