Xəbər lenti

6 qol vuruldu,
İdman 22:55 20.04.2025

6 qol vuruldu, "Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı

Türkiyə Superliqasında 32-ci turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, "Fənərbağça" İstanbulda "Kayserispor"u qonaq edib.

Görüş qarşılıqlı qollar şəraitində keçib. Meydan sahibləri qonaqların qapısına 3 top vurub, öz qapılarından da 3 top çıxarıblar - 3:3. Beləliklə, "Fənərbağça" çempionluq yarışında vacib iki xal itirib.

Bu nəticədən sonra "Fənər" əzəli rəqibi "Qalatasaray"ı izləməyə davam edir. Mourinyonun komandası "aslanlar"dan 5 xal geri qalır - müvafiq olaraq 72 və 77. Kayseri təmsilçisi isə 37 xalla turnir cədvəlində 13-cüdür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->