Xəbər lenti

15 dəqiqəlik gəzinti əhvalınızı necə yaxşılaşdıra və stressi azalda bilər?
Sağlamlıq 08:45 13.05.2026

15 dəqiqəlik gəzinti əhvalınızı necə yaxşılaşdıra və stressi azalda bilər?

Yeni araşdırmalar göstərib ki, açıq havada 30 dəqiqəlik sürətli gəzinti əhval-ruhiyyəni 46% yaxşılaşdıra, stress səviyyəsini isə 30% azalda bilər. Neyrobioloq Cek Lyuis son tədqiqatların nəticələrinə əsaslanaraq insanları açıq havada gəzməyə və "beyin üçün faydalı olan hərəkət effektlərindən istifadə etməyə” çağırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror” yazıb.

"Gəzintinin sevincini” adlı araşdırmaya görə, müntəzəm açıq hava gəzintiləri yorğunluğu 21% azaldır və insanlarda məmnunluq hissini artırır. Təbiətdə aktiv vaxt keçirən iştirakçılarda beynin ön qabığında müsbət emosiyalarla bağlı siqnallar orta hesabla 43% güclənib, bəzi hallarda isə bu göstərici 99,6%-ə çatıb.

Alimlər bildirirlər ki, gəzinti ilə psixoloji vəziyyət arasındakı əlaqə "doza asılılığı” xarakteri daşıyır – yəni açıq havada daha çox vaxt keçirən insanlar daha yüksək əhval və məmnunluq səviyyəsi göstərirlər.

Məlumata görə, hətta 15 dəqiqəlik gəzinti belə diqqət və yaddaşla bağlı beyin fəaliyyətini gücləndirir, konsentrasiya qabiliyyətini 243% artırır və fokuslanma ilə bağlı beyin siqnallarını üç dəfə yüksəldir.

"Bütün məlumatlar göstərir ki, açıq havada gəzinti yalnız bədən üçün deyil, həm də beyin üçün faydalıdır. Bu, yaradıcılığı, diqqəti artırır, yorğunluğu və mənfi emosiyaları azaldır. Elmi baxımdan insanlar açıq havada nə qədər çox vaxt keçirirlərsə, bu, onların beyin dalğalarına bir o qədər müsbət təsir göstərir”, deyə Cek Lyuis bildirib.

Decathlon UK-in gəzinti şöbəsinin rəhbəri Coi Çjou isə qeyd edib ki, bu nəticələr elmi cəhətdən təsdiqləndiyi üçün gəzintinin faydalarına olan inam daha da güclənir.

Araşdırmada iştirak edən Olivia Mançester isə bildirib ki, gündəlik şəhər həyatında ailə ilə birlikdə təbiətdə vaxt keçirmək onların stresdən uzaqlaşmasına və daha rahat hiss etməsinə kömək edib.

Aydın

--> -->