Xəbər lenti

Şahin Bağırov yeni idarə rəisləri təyin etdi
Ekonomiks 11:19 10.02.2026

Şahin Bağırov yeni idarə rəisləri təyin etdi

Dövlət Gömrük Komitəsinin (DGK) üç idarəsinə yeni rəhbər təyinatı olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı komitə sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmrlər imzalayıb.

Əmrlərə əsasən, gömrük xidməti polkovnik-leytenantı Namazov Rövşən Siyafiq oğlu DGK-nin Gömrük Siyasəti Baş İdarəsinin rəisi təyin olunub.

Eyni zamanda, gömrük xidməti mayoru Qasımzadə Elçin Zülfəli oğlu Audit İdarəsinin rəisi təyin edilib.

Bundan əlavə, gömrük xidməti mayoru Həsənli Şamil Rizvan oğlu Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.

--> -->