Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir (VİDEO)
Avtomobil qəzasına görə sığorta məsuliyyəti maşının sahibinə deyil, sükan arxasında olan şəxsə şamil olunacaq.
Yeni qaydalarla bağlı "Xəzər Xəbər”ə danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeniliklərin əsas fərqi zərərlilik dərəcəsinin hesablanma mexanizmindədir.
O, bildirib ki, əvvəlki qaydalara əsasən, sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi. Artıq bu tarixçə fərqli hesablanacaq.
Qaydalara görə, hadisə törədən sürücü növbəti ildə təxminən 30 faiz daha artıq sığorta haqqı ödəyəcək.
İkinci dəyişiklik isə bir avtomobil üzrə bir neçə etibarnaməli sürücünün olması ilə bağlıdır. Hazırda vətəndaşlar avtomobil üzrə ən yüksək bonus-endirimə malik şəxsin adına sığorta müqaviləsi bağlamağa üstünlük verirlər.
Qeyd edək ki, avtomobillərin icbari sığortası ilə bağlı yeni qaydalar iyunun 16-dan qüvvəyə minəcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər