Lənkəran şəhərində son iki il ərzində torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Bahalaşma əsasən torpaqların yerləşdiyi ərazilərə görə dəyişir.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, torpaq alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərinə görə, rayonda satış üçün əlverişli torpaq sahələrinin sayı çox deyil. Satışa çıxarılan torpaqların əksəriyyəti sakinlərin öz həyətyanı sahələrindən ayıraraq satışa təqdim etdikləri 2-3 sotluq ərazilərdir.
Bildirilir ki, Lənkəranda torpaq almaq istəyənlər əsasən şəhərətrafı ərazilərə və rayona yaxın kəndlərə üstünlük verirlər. Ən yüksək qiymətə təklif olunan torpaq sahələri isə dənizə yaxın ərazilərdə yerləşir.
Şəkidə də son illər torpaq sahələrinin qiymətlərində artım qeydə alınıb. Ekspertlər bunu infrastrukturun yaxşılaşdırılması, Bakı istiqamətində yolların təmiri və bölgəyə gələn turist sayının artması ilə əlaqələndirirlər.
Qeyd olunur ki, Şəkidə ən aşağı qiymətlər şəhərin yeni salınan məhəllələrində müşahidə edilir. Həmin ərazilərdə hələ də qaz xətti mövcud deyil. Ən yüksək qiymətlər isə "Dodu" və "Soyuq Bulaq" məhəllələrində qeydə alınır. Turizm obyektlərinin çoxluğu bu ərazilərdə qiymətlərə birbaşa təsir göstərir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər