Xəbər lenti

50 yaşdan sonra qaraciyər yağlanmasına çarə - Faydalı içkilər
Sağlamlıq 08:45 15.05.2026

50 yaşdan sonra qaraciyər yağlanmasına çarə - Faydalı içkilər

50 yaşdan sonra qaraciyərin yağlanması ən çox rast gəlinən metabolik problemlərdən biridir. Mütəxəssislər bildirirlər ki, düzgün həyat tərzi və qidalanma bu riskin azaldılmasında mühüm rol oynayır.

Qaynarinfo-nun İspaniyanın "El Economista” nəşrinə istinadən məlumatına görə, aralıqlı oruc maddələr mübadiləsini tənzimləməyə kömək edə bilər. Bununla yanaşı, gündəlik qəbul edilən bəzi içkilər qaraciyərin təmizlənməsi və yağ yığılmasının azaldılması prosesini dəstəkləyə bilər.

Tibbdə qaraciyər steatozu adlanan bu vəziyyət orqanda artıq yağın toplanması ilə yaranır. Zamanla bu proses iltihaba, fibroza, hətta ağır hallarda sirroza səbəb ola bilər. Yaş artdıqca metabolizmin zəifləməsi, insulin müqaviməti və hormonal dəyişikliklər riski daha da artırır.

Mütəxəssislərin fikrincə, aralıqlı oruc metabolik stressi azaltmağa və qaraciyər funksiyasını yaxşılaşdırmağa kömək etsə də, gündəlik qidalanma və maye qəbulu da həlledici əhəmiyyət daşıyır.

Qaraciyər üçün faydalı hesab olunan içkilər bunlardır:
limon çayı 
qəhvə 
yaşıl çay 
çuğundur suyu 
zəncəfil dəmləmələri 
sarıkök suyu 
təbii qreyfrut suyu 
sadə su 

Bu içkilər antioksidant xüsusiyyətləri, iltihabəleyhinə təsirləri və maddələr mübadiləsinə müsbət təsiri ilə seçilir.

Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, təkcə faydalı içkilər balanssız həyat tərzini kompensasiya edə bilməz. Qaraciyər yağlanması olan şəxslərə spirtli içkilərdən, şəkərli məhsullardan, ultra emal olunmuş qidalardan və doymuş yağlardan uzaq durmaq tövsiyə edilir.

Qeyd olunur ki, xüsusilə 50 yaşdan sonra orqanizm pəhriz və aralıqlı oruc rejiminə fərqli reaksiya verir. Bu səbəbdən diabet, metabolik pozğunluqlar və ya xroniki xəstəlikləri olan şəxslər hər hansı ciddi qidalanma dəyişikliyini həkimlə məsləhətləşərək etməlidir.

Günay

--> -->