Xəbər lenti

11 ildən sonra süni intellekt sayəsində 400 min dollarlıq
Texnologiya 20:30 14.05.2026

11 ildən sonra süni intellekt sayəsində 400 min dollarlıq "Bitcoin"ə çıxış əldə etdi

X (keçmiş Twitter) platformasında "cprkrn" adlı istifadəçi bildirib ki, "Anthropic” şirkətinə məxsus "Claude" adlı süni intellekt servisi vasitəsilə uzun illərdir itirilmiş kriptovalyuta cüzdanına çıxışı bərpa edə bilib. 

Qaynarinfo xəbər verir ki, cüzdanda 2015-ci ildə hər biri təxminən 250 dollar qiymətə alınmış 5 "Bitcoin" (5 BTC) saxlanılırdı. Hazırda bu məbləğin dəyəri təxminən 400 min dollar kimi qiymətləndirilir.

İstifadəçinin sözlərinə görə, o, "Claude" sisteminə köhnə kompüterdən götürülmüş faylları yükləyib. Bundan sonra neyroşəbəkə köhnə kriptovalyuta cüzdan faylını və giriş üçün tələb olunan seed-frazanı aşkar edib. Bu məlumatlar əsasında süni intellekt istifadəçiyə cüzdana giriş parolunu bərpa etməyə kömək edib.

Nəticədə istifadəçi illərdir axtardığı və təxminən 7 milyard mümkün kombinasiya yoxladığını bildirdiyi parolu əldə edib. Parolun "lol420fuckthePOLICE!*:)” olduğu qeyd edilir.

"Cprkrn" həmçinin bildirib ki, 11 il ərzində müxtəlif proqramlarla cüzdana giriş bərpa edilməyə çalışılıb, lakin nəticə əldə olunmayıb. O, "Anthropic” şirkətinə təşəkkür edib və hətta şirkətin rəhbərlərindən biri olan Dario Amodeinin adını övladına verəcəyini deyib.

Aydın

--> -->