Xəbər lenti

Beyləqan Xəstəxanasında daha bir vəzifəli şəxs işdən çıxdı
Ölkə 22:12 14.05.2026

Beyləqan Xəstəxanasında daha bir vəzifəli şəxs işdən çıxdı

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında növbəti kadr dəyişikliyi baş verib.

Teleqraf-ın xəbərinə görə, xəstəxananın İnsan Resursları şöbəsinin müdiri Qarayeva Mətanət İsmayıl qızı öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Onun işdən çıxması ilə bağlı hələlik əlavə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, daha öncə xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və İnzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu vəzifələrindən ayrılıblar.

Məlumata görə, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı əsasında həyata keçirilib. Bildirilir ki, hər iki şəxs işdən öz ərizələri ilə çıxıb.

Kadr dəyişiklikləri davam ediləcəyi gözlənilir
--> -->