"Oscar Building and Construction" MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo xəbər verir ki, şirkətin hazırda 294 167,12 manat vergi borcu var.
"Oscar Building and Construction" şirkəti 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Ataşov Niyaməddin Məhərrəm oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Maraqlıdır ki, şirkət qeydiyyata alındıqdan bir müddət sonra inzibati məsuliyyətə cəlb edilib. Mediada gedən məlumatlardan aydın olur ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol yazılıb. İşə Yasamal Rayon Məhkəməsində baxılıb. Nəticə barədə hər hansı məlumat yoxdur.
Seyid
Şərhlər