Avtomobil ehtiyat hissələrinin idxalı və satışı ilə məşğul olan "Araz Motors" MMC cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "Araz Motors" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə MMC 1.500 manat cərimə edilib.
Qeyd edək ki, bu şirkət demək olar hər ayı analoji cərimələrə məruz qalır.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
Aydın
Şərhlər