Xəbər lenti

Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək
Ölkə 16:55 24.04.2025

Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək

Bəzi ərazilərə dolu düşəcək, sulu qar yağacaq 

Bəzi şimal və qərb rayonlarında aprelin 25-i, dağlıq ərazilərdə isə 26-sı gündüz hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->