"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş işçisi dələduzluq əməlinə görə həbs edilib.
Qaynarinfo xəbər verir ki, ASC-nin Vidadi adlı keçmiş işçisinin qurbanları sinif yoldaşları olub.
O, sinif yoldaşlarına "Azərenerji" ASC-də mühəndis işlədiyini bildirərək onları də sözügedən quruma işə düzəldə biləcəyini deyib.
Vidadi sinif yoldaşlarının birindən 15 000 manat alaraq onu "Azərenerji" ASC-də texniki şöbəyə rəis müavini, digərindən isə 2500 manat alaraq onu dispetçer vəzifəsinə düzəldəcəyi barədə vəd verib. Vidadi vədini yerinə yetirməkdə sinif yoldaşları hüquq-mühafizə orqanlarına müraciət edib.
Vidadi saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Şirvan Şəhər Məhkəməsində aparılıb. Vidadi məhkəmədə 178.2.2 və 178.2.4-cü maddələrlə verilmiş ittiham üzrə özünü təqsirli bilsə də, 178.2.3-cü maddə ilə verilmiş itihamı qəbul etməyib.
Məhkəmə çıxış edən zərərçəkmişlər isə dəymiş zərərin ödənilmədiyini deyərək Vidadidən şikayətçi olduqlarını bildiriblər.
Məhkəmənin hökmü ilə Vidadi 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Seyid
Şərhlər