Xəbər lenti

Ölkə 20:59 14.05.2026

"Space"də islahatlar davam edir: Radionun direktoru da işdən çıxarıldı

Vado Korovinin "Space TV"nin rəhbər vəzifəsindən azad olunmasından sonra telekanalda islahatlar davam edir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Space 104 FM" radiosunun direktoru Sərxan Qədimov da vəzifəsindən azad edilib.

Bundan başqa, Vado Korovinin sürücüsü də işindən çıxarılıb.

Qeyd edək ki, Sərxan Qədimov 2014-cü ilin avqustunda "Space" radiosuna direktor təyin edilmişdi. 14 il ATV telekanalında çalışan Sərxan Qədimov daha sonra "Space" televiziyasında Musiqi departamentinin rəhbəri olub.

Aydın
--> -->