Xəbər lenti

Rayonlarda intensiv yağış, qar yağacaq, dolu düşəcək
Ölkə 16:27 14.05.2026

Rayonlarda intensiv yağış, qar yağacaq, dolu düşəcək

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
--> -->