Ukrayna prezidenti Volodimir Zelenskinin 28 fevralda ABŞ-a səfəri senatorlarla görüşlə başlayacaq, daha sonra o, Donald Trampla görüşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa Həqiqəti"nə Ukrayna Prezident Ofisindən məlumat
verilib.
Səfər proqramı səhər saatlarında Zelenskinin ABŞ senatorları ilə görüşü ilə başlayacaq.
Bundan sonra o, ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə yollanacaq. Görüş Vaşinqton vaxtı ilə saat 11:00-da (Kiyev vaxtı ilə 18:00) Oval kabinetdə başlayacaq. Görüşdən əvvəl qısa mətbuat açıqlamaları nəzərdə tutulub.
Saat 13:00-da Vaşinqton vaxtı ilə hər iki prezidentin mətbuat üçün bəyanatları və birgə mətbuat konfransı keçiriləcək.
Bundan əvvəl isə "yeraltı sərvətlər haqqında saziş" adlanan – Bərpa İnvestisiya Fondunun qaydalarını və şərtlərini müəyyən edən İkitərəfli Saziş imzalanacaq.
Daha sonra Volodimir Zelenski Hadson İnstitutuna gedəcək, axşam isə Ukrayna Evində Ukrayna icmasının nümayəndələri ilə görüşəcək.
27 fevral, cümə axşamı, görüş ərəfəsində Donald Tramp daha əvvəl Volodimir Zelenskini bir neçə dəfə diktator adlandırmasına təəccüb etdiyini bildirib.
O, həmçinin Rusiyanın rəhbəri Vladimir Putini uzun müddətdir tanıdığını və Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı sülh sazişi bağlandıqda Putinin onu pozacağına inanmadığını bəyan edib.
Alpər
Şərhlər