Xəbər lenti

Windows-un çökməsi Britaniya və İsrailin səhiyyəsində də problemlərə səbəb oldu
Dünya 16:03 19.07.2024

Windows-un çökməsi Britaniya və İsrailin səhiyyəsində də problemlərə səbəb oldu

Dünya miqyasında İT sisteminin çökməsi səbəbindən istifadəçilər Böyük Britaniyanın Milli səhiyyə xidmətinin (NHS) onlayn sistemi vasitəsilə qəbula yazılmaqda çətinlik çəkirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Sky News yazır.

"İstifadəçilər Böyük Britaniyadakı bəzi NHS klinikalarında qəbula yazılmaqda çətinlik çəkirlər. Xəstələr görüş təyin etmək istəyəndə səhv mesajları görünür”, - nəşr yazır.

"Ailə həkimlərinin işində ciddi problemlər var, çünki çoxları qəbula yazıla bilmirlər", - Sky News əlavə edir.

İsrailin "Haaretz" nəşri İsrail Səhiyyə Nazirliyinə istinadən yazır ki,  Windows-un çökməsi ölkənin bəzi xəstəxanaların işinə təsir göstərib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->