Xəbər lenti

Venerada həyatın mövcudluğunun mümkünlüyünü sübut edən dəlil tapıldı
Dünya 23:10 10.05.2025

Venerada həyatın mövcudluğunun mümkünlüyünü sübut edən dəlil tapıldı

"Science Advances" jurnalında dərc olunan yeni tədqiqata görə, Veneranın atmosferində həyatın formalaşması üçün əsas ola biləcək molekul – peptid nuklein turşusu (PNA) mövcud ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu molekulun quruluşu DNT-yə bənzəyir və o, 98 faizli kükürd turşusunda otaq temperaturunda iki həftə ərzində sabit qala bilir.

Tədqiqat Polşa, Böyük Britaniya və ABŞ-dan olan alimlər tərəfindən aparılıb. Onların fikrincə, Yer həyatının sudan asılı olduğu halda, Venerada mümkün həyat formaları güclü turşu mühitindən – yəni kükürd turşusundan – həlledici kimi istifadə edə bilər.

Aparıcı müəllif, Vrotslav Politexnik Universitetindən doktor Yanuş Yurand Pentkovski bildirib: "Qəbul olunmuş fikir budur ki, konsentrləşdirilmiş kükürd turşusu bütün orqanik maddələri məhv edir. Amma biz sübut etdik ki, bu, tam olaraq belə deyil".

Bu fikir, əvvəllər Venera atmosferində fosfin və ammonyak kimi – Yer üzərində bioloji aktivliklə əlaqələndirilən – maddələrin aşkarlanmasından sonra irəli sürülən fərziyyələri gücləndirir. Yeni tədqiqat isə bu fərziyyələrə molekulyar əsas verir.

Kariff Universitetindən doktor Uilyam Beyns isə əlavə edib: "Əgər DNT-yə bənzəyən PNA bu şəraitdə sağ qala bilirsə, bu, həqiqətən də heyrətamizdir. Bu, kainatın digər hissələrində həyatın necə görünə biləcəyini anlamaqda açar rol oynaya bilər".

Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, 50 °C-dən yuxarı temperaturlarda PNA artıq sabit deyil. Halbuki Veneranın bulud qatlarında temperatur 0 °C-dən 100 °C-dək dəyişir. Alimlərin növbəti məqsədi bu temperatur aralığında sabit qalan və "qeyri-yer həyatının DNT-si" rolunu oynaya biləcək bir polimer yaratmaqdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->