Xəbər lenti

Sumqayıtda karton istehsalı müəssisəsindəki yanğın söndürüldü (YENİLƏNİB/VİDEO)
Ölkə 18:15 01.09.2025

Sumqayıtda karton istehsalı müəssisəsindəki yanğın söndürüldü (YENİLƏNİB/VİDEO)

Sumqayıtda karton istehsalı müəssisəsində başlayan yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Qaynarinfo bu barədə "Report"a istinadən xəbər verir.

17.45
 
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. 

"Report"un yerli bürosunun məlumatına görə, Sumqayıtda karton istehsalı müəssisəsində yanğın başlayıb.  

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Hadisənin başvermə səbəbləri araşdırılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->