Xəbər lenti

2011-ci ildən bəri ilk dəfə: Gümüşün qiyməti kəskin bahalaşdı
Dünya 18:46 01.09.2025

2011-ci ildən bəri ilk dəfə: Gümüşün qiyməti kəskin bahalaşdı

Gümüş 1 sentyabr bazar ertəsi günü son 14 ildə ilk dəfə unsiyası 40 dollardan yuxarı qiymətləndirilib. Qiymətlərdəki sıçrayış ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilərin artması fonunda baş verib və bu, investorların qiymətli metallara marağını gücləndirib.

Qaynarinfo xəbər verir ki, "Bloomberg"in məlumatına görə, gümüşün spot qiyməti 1,4 faiz artaraq 40,29 dollar/unsiyaya yüksəlib. Bu ilin əvvəlindən etibarən onun dəyəri 40 faizdən çox bahalaşıb. Paralel olaraq qızıl, platin və palladium da yüksəliş nümayiş etdirib. Həftənin əvvəlində külçə qiyməti 0,7 faiz artaraq apreldən bəri ən yüksək həddə çatıb.

Qiymətli metallar geosiyasi gərginlik və maliyyə qeyri-müəyyənliyi fonunda "təhlükəsiz liman" aktivlərinə artan maraqdan faydalanıb. ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminə qarşı təkrar-təkrar hücumları mərkəzi bankın müstəqilliyi ilə bağlı narahatlıqları gücləndirib.

Avqust ayı gümüşlə təmin olunan birja fondlarına vəsait axınının yeddinci ayı olub. Bu, 2020-ci ildən bəri ən uzunmüddətli artım dövrü sayılır. Fondlara marağın güclənməsi London bazarlarında mövcud gümüş ehtiyatlarının azalmasına və bazarda defisit yaranmasına gətirib çıxarıb.

Bu gün misin qiyməti London metal birjasında psixoloji hədd hesab olunan 10 min dollar/tona çatıb. Avqustun 11-də isə Çinli batareya istehsalçısı "Contemporary Amperex Technology Co. Ltd." böyük mədənlərdən birində hasilatı dayandırdıqdan sonra litiumun qiyməti kəskin bahalaşıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->