"Qarabağ" Sambou Soumanonun transferindən geri çəkilməli olub.
Bu barədə insayder Rudi Qaletti şəxsi sosial şəbəkə hesabından paylaşım edib.
Onun sözlərinə görə, "Loryen" qiyməti 3.5 milyon avroya endirsə də, Ağdam klubu təklifini 2.5 milyon avro və bonuslarla məhdudlaşdıraraq danışıqlardan geri çəkilib.
Hazırkı mərhələdə hücumçu böyük ehtimalla "Loryen"də qalacaq.//Oxu.Az
11:05
UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ” heyətini gücləndirmək niyyətindədir. Ağdam təmsilçisi Fransanın "Loryen” klubundan Sambou Soumanonu heyətə qatmaq istəyir.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Fransa klubu ilə müqaviləsi olan forvard üçün "Qarabağ” 2,5 milyon avro transfer məbləği və 500 min avro bonus təklif edib.
Lakin qarşı tərəf Azərbaycan klubunun bu təklifi ilə razılaşmır. Onlar S.Soumano üçün 5 milyon və müxtəlif bonuslar istəyiblər.
"Loryen” hücumçunun "Qarabağ”da hər mövsüm oynaması üçün də ödənişlər tələb edib.
Bu səbəbdən hələ ki, transferin baş tutması real görünmür.
Qeyd edək ki, Sambou Soumano 2021-ci ildə "Loryen”ə keçib. O, bundan sonra 3 dəfə icarəyə verilib. Forvard əvvəlcə Belçikanın "Eupen” klubunda icarə əsasında çıxış edib.
Daha sonra isə Fransa aşağı liqa təmsilçiləri "Rodez” və "Keviyi Ruan”da oynayıb. 2024-cü ildə isə məxsus olduğu "Loryen”ə dönüb. Ötən mövsüm Liqa 2-də meydana çıxdığı 32 görüşdə 14 qol vurmağı bacarıb. Bu mövsüm isə o, Liqa 1-də 3 görüşdə 1 dəfə fərqlənib. O, 2-ci turda "Renn”in qapısına yol tapa bilib.
Şərhlər