Xəbər lenti

Çayxanada tanış olduğu şəxsdən kömək istədi, dələduzluğa məruz qaldı
Ölkə 19:07 01.09.2025

Çayxanada tanış olduğu şəxsdən kömək istədi, dələduzluğa məruz qaldı

Qəbələdə torpaq mübahisəsini əhll etmək istəyən şəxs dələduzluğa məruz qalıb. 

Qaynarinfo-nun məlumatına görə, Qəbələ rayonunun Hacıalılı kəndinin Ərziman adlı sakini elə həmin kənddə fəaliyyət göstərən çayxanada Ramiz adlı şəxslə tanış olub. Söhbət əsnasında o, Ramizə B.Dadaşov adlı şəxslə torpaq mübahisəsinin olduğunu bildirib. Ramiz isə vəzifəli şəxslərlə tanışlığının olduğunu deyərək problemi həll edəcəyini vəd edib. Bunun müqabilində isə Ərzimandan 3000 manat pul alıb. Lakin Ramiz verdiyi vədə əməl etməyib. 

Qarşı tərəf isə hüquq-mühafizə orqanlarına müraciət edib. Ramiz saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Qəbələ Rayon Məhkəməsində baxılıb. Məhkəmə zamanı Ramiz ona verilmiş ittihamla özünü təqsirli bilib. 

Zərərəçəkmiş isə dəymiş ziyanın ödənilmədiyini deyərək təqsiləndirilən şəxsdən şikayətçi olduğunu bildirib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Onun həbsdə saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->