HONOR smartfonları əldə edən abunəçilərə 12 GB-dək hədiyyə internet
"Azercell Telekom” MMC HONOR smartfonları üçün xüsusi kampaniyaya start verir. Kampaniya çərçivəsində HONOR X seriyasına aid seçilmiş smartfon modellərindən birini əldə edən abunəçilərə 6 ay müddətində hədiyyə internet təqdim olunacaq. Smartfon modelindən asılı olaraq istifadəçilər hər ay 6 GB və ya 12 GB internet paketi, həmçinin eksklüziv HONOR bel çantası əldə edəcəklər.
İnternet paketi 6 ay müddətində ödənişsiz şəkildə təqdim edilir və hər 28 gündən bir avtomatik yenilənir. Kampaniya müddəti başa çatdıqdan sonra isə abunəçilər internet paketindən növbəti 6 ay ərzində 20% endirimlə yararlanmaq imkanı əldə edəcəklər.
Kampaniya Azercell-in rəsmi satış və xidmət mərkəzlərində keçərlidir.
Şərhlər