Xəbər lenti

Rusiyanın
Dünya 18:35 03.01.2025

Rusiyanın "Telegram"ı 4 milyon cərimələməsinin səbəbi açıqlandı

"Telegram" mesajlaşma platformasının 22 kanaldan Rusiya qanunvericiliyi ilə qadağan olunmuş məzmunu silməkdən imtina etməsi cəriməyə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəmə materiallarına istinadən məlumat yayıb.

3 yanvar tarixində məlum olub ki, məhkəmə "Telegram"ı beynəlxalq terror təşkilatı olan İŞİD-in ideallarını təbliğ edən kanalları silmədiyinə görə 4 milyon rubl məbləğində cərimələyib.

Məhkəmə materiallarına əsasən, Rusiya Dövlət İnformasiya Nəzarəti (Roskomnadzor) şirkətə dəfələrlə Rusiya qanunvericiliyi ilə qadağan olunmuş materialları silməyi tələb edən məktublar göndərib.

Məsələ yanlış məlumatların yayılması, ictimai-siyasi vəziyyətin sabitliyini pozmaq məqsədilə yayımlanan məzmun, İŞİD-in fəaliyyətinin əsaslandırılması, qanunsuz kütləvi (ictimai) tədbirlərdə iştirak üçün çağırışlar, həmçinin saxta sənədlərin alqı-satqısı barədə təkliflərin yayımlanması ilə bağlıdır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->