Xəbər lenti

Qida allergiyası artır: Mütəxəssislər xəbərdarlıq edir
Dünya 16:16 26.05.2026

Qida allergiyası artır: Mütəxəssislər xəbərdarlıq edir

Aparılan araşdırmalara görə, dünyada insanlar arasında qida allergiyasının artdığını göstərir. Avropa Allergiya və Klinik İmmunologiya Akademiyasının (EAACI) məlumatına görə, uşaqlarda qida allergiyası 6–8 faiz, böyüklərdə isə 3–4 faiz arasında dəyişir. Lakin mütəxəssislər yüngül simptomlara görə aşkarlanmayan halların daha çox ola biləcəyini bildirirlər.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatları son 20 ildə uşaqlarda qida allergiyası hallarının əhəmiyyətli dərəcədə artdığını göstərir.

Qaynarinfo xəbər verir ki, Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyinin Astma və Allergiya İş Qrupu rəhbəri Zeynep Ferhan Özşeker bildirir ki, qida allergiyası tez-tez diqqətdən kənarda qalır:

"Qida allergiyası əslində çox fərqində olunmayan bir vəziyyətdir. Amma bir dəfə başladıqda ölümcül nəticələrə səbəb ola bilər. Demək olar ki, hər gün bununla bağlı halları eşidirik. Uşaq və ya böyüklərdə fərq etmir, hər yaşda görünə bilər. Hətta ilk dəfə böyüklərdə də ortaya çıxa bilər”.

Onun sözlərinə görə, daha əvvəl problemsiz qəbul edilən qida belə sonradan təhlükəli ola bilər. Bu, immun sisteminin qəfil və güclü reaksiyası ilə bağlıdır və reaksiyanın şiddəti qəbul edilən miqdardan asılı olmaya bilər.

Mütəxəssis qeyd edir ki, cəmiyyətdə ən yayılmış yanlış düşüncələrdən biri "az miqdarda zərər verməz” yanaşmasıdır:

"Bir lokma ye, heç nə olmaz deyilir. Amma çox kiçik miqdar, hətta mikroqram səviyyəsində belə ağır allergik reaksiyaya, hətta ölümə səbəb ola bilər”.

Mütəxəssislərə görə, xüsusilə fındıq, yerfındığı, süd, yumurta və bəzi dəniz məhsulları çox kiçik miqdarda belə anafilaksiya yarada bilər. Anafilaksiya isə qısa müddətdə inkişaf edən və həyati təhlükə yaradan ağır allergik reaksiyadır.

Qida allergiyası bəzən yüngül simptomlarla başlasa da, bəzi əlamətlər ciddi təhlükə siqnalı sayılır.

Zeynep Ferhan Özşeker bu əlamətləri belə sıralayır:

"Dilində dad dəyişməsi, metalik dad hissi, dil və dodaqlarda şişkinlik, səsdə batıqlıq, udmada çətinlik, döş qəfəsində sıxılma, qaşınma və nəfəs darlığı kimi əlamətlər varsa, dərhal təcili yardım çağırılmalıdır”.
 
Mütəxəssislər bildirirlər ki, bu tədbirlər uşaqların təhlükəsizliyi üçün nəzərdə tutulub:

"Bir uşağın allergiyası olan qida digərinə zərər verməyə bilər, amma bunu əvvəlcədən bilmək mümkün deyil. Kiçik bir lokma belə həyati risk yarada bilər”.
 
Günay
--> -->